Azərbaycanın müxtəlif ekosistemlərini özündə birləşdirən milli parklara "Yaşıl dünya naminə həmrəylik ili"ndə 223 min 549 turist səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
O bildirib ki, 2024-cü ilin bu gününədək ən çox turist qəbul edərək ilk üçlükdə yer alan ərazilər Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.
"Ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və fotogörüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb", - deyə o vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" adlanır.