Azərbaycanda dini sahədə qanunvericilik təkmilləşdirilməlidir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dini maarifləndirmə elmi əsaslara söykənməsə, fanatizmə və digər meyillərə yönləndirilməsi, milli-mənəvi dəyərlər sferasından çıxarılması müşahidə oluna bilər.
İ.Həbibbəyli bildirib ki, son illər atılan addımlar Azərbaycanda dini maarifləndirmənin yeni mərhələsinin başladığını göstərir:
"Hesab edirəm ki, din sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, müasirləşdirilməsi davam etməlidir. Bu məsələdə həm din alimlərinin, həm də elmi təcrübələrdən faydalanmaq dini maarifləndirilmənin effektivliyinə əhəmiyyətli dəstək verəcək".
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin sentyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Emin Əmrullayev: Dil bilikləri ilə oxu savadlılığı fərqli sahələrdir, bunları qarışdırmaq olmaz
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib