Ermənistanın militarizasiya proqramı həyata keçirilir. Bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqının və NATO-nun üzv ölkəsi olan Fransadır. Təəssüf ki, Fransa özünün beynəlxalq öhdəliklərinə rəğmən Ermənistanın silahlandırılması ilə bağlı proqramda iştirak edir.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
O bildirib ki, beynəlxalq münasibətlərin məcəllələşdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra başlayıb. Bu prosesdən sonra azsaylı ölkələr var ki, işğal və təcavüz törədib. Ermənistan da belə bir cinayət törətmiş ölkədir. Bu baxımdan Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır. Ermənistana, xüsusilə Fransa tərəfindən verilən öldürücü və hücum xarakterli silahlar ciddi narahatlıq doğurmaqdadır. Ermənistanın silahlandırılması təkcə Fransa deyil, başqa dövlətlər tərəfindən də həyata keçirilir.