12 dekabr 2024 08:27
169

Koreya prezidenti vəzifəsində qalmaq üçün sona qədər mübarizə aparacağını deyib

Koreya Respublikasının Prezidenti Yun Sok-Yol qiyam və impiçment cəhdləri şübhəsi ilə aparılan istintaq fonunda sona qədər mübarizə aparacağını, faktiki olaraq könüllü istefa verməkdən imtina edəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə o, xalqa müraciətində deyib.

Bundan əvvəl Yun Sok-Yol impiçment proseduruna və təhqiqata hazır olduğunu bildirmişdi. Onun fikrincə, hərbi vəziyyətin tətbiqi qərarı üsyan sayıla bilməz, çünki o, ölkəni müdafiə etməyə çalışırdı. O, həmçinin qeyd edib ki, hərbi vəziyyətin tətbiqi prezidentin səlahiyyətlərinə, hökumətin aktına, xarici siyasətlə eyni səviyyədədir və buna görə də guya hüquqi baxış predmeti ola bilməz. Yun Sok-Yol vurğulayıb ki, prezidentin qərarını yalnız parlament ləğv edə bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”