06 dekabr 2024 17:22
202

MİT PKK terror təşkilatının daha bir məsul şəxsini saxlayıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının məsul şəxslərindən birini saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, terror təşkilatının Suriyadakı məsul şəxslərindən sayılan Serhat Özmen ölkə xaricində saxlanılaraq Türkiyəyə gətirilib.