06 dekabr 2024 15:31
199

"Kriptovalyuta kralı” Polşada SAXLANILDI

Varşavada ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə 37 yaşlı rusiyalı Dmitri V.  adlı şəxs saxlanılıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  bu haqda Polşa Polisinin Mərkəzi Təhqiqat Bürosu (CBSP) “Rzeczpospolita”ya bildirib.

Həmin şəxs dünyanın ən böyük kriptovalyuta birjalarından birinin idarə olunması ilə bağlı fırıldaqçılıq və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Rzeczpospolita-nın məlumatına görə, söhbət “kriptovalyuta kralı” adlandırılan “Wex” kriptovalyuta birjasının keçmiş sahibi Dmitri Vasilyevdən gedir. O, 2018-ci ildə fəaliyyətini dayandırıb.

Həmin şəxs ABŞ Ədliyyə Nazirliyinin ekstradisiya tələbini yerinə yetirmək üçün Varşava prokurorluğunun qərarı əsasında saxlanılıb. ABŞ-da Dmitri Vasilyevi 20 ilə qədər həbs cəzası gözləyir.

2021-ci ildə Dmitri Vasiliev Polşada hava limanında saxlanılıb. “Rzeczpospolita”nın məlumatına görə, o, daha sonra “Wex” hesablarından 450 milyon dollar mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Vasilyevin ekstradisiyasını 2019-cu ildən dələduzluq işi ilə bağlı axtarışda olduğu Qazaxıstan tələb edib. Həmin şəxs 2022-ci ildə Xorvatiyada yenidən saxlanılıb.

19 oktyabr 2024-cü ildə Exved birjasının baş direktoru Sergey Mendeleyev Dmitri Vasilievin anti-Rusiya sanksiyalarından yayınmağa kömək etmək ittihamı ilə ABŞ-ın orderi ilə saxlanıldığını elan edib. O, hüquq-mühafizə orqanlarının ekstradisiya prosesinə başladığına aydınlıq gətirib.