Onların arasında bu yerləri gənc ikən tərk edib, indi ahıllaşıb qayıdanı da var, adını babasından, nənəsindən eşitdiyi şəhərə ilk dəfə qədəm qoyanı da.
Biri keçmiş günlərin xatirəsini yada salıb duyğulanır, biri də yeni başlanan həyatın üzünə sevinclə gülümsəyir. Yenidən tikilən Cəbrayıl şəhəri öz sakinlərinin növbəti qrupunu qəbul edir. Xeyirli, uğurlu olsun!.. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.
"İki sahil" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Cəbrayıl şəhərinə qayıdışa həsr olunmuş videoreportajını təqdim edir.
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub
“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTO