05 dekabr 2024 10:26
249

Əziz Ələkbərli: Prezident İlham Əliyevin haqq işimizə verdiyi yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir

Qərbi Azərbaycan İcması olaraq biz, doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq. Təşkilatımız 1989-cu ildən bəri fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Xüsusilə 2022-ci ilin dekabr ayında İcmamızı ziyarət edən Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırıb. Prezident İlham Əliyevin konfrans iştirakçılarına bugünkü müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir", - deyə Ə.Ələkbərli diqqətə çatdırıb.