Hesabatlar göstərir ki, dünya sürətlə iqlim fəlakətinə doğru irəliləyir.
“İki sahil” xəbər verir ki, bunu Meksikanın çoxtərəfli məsələlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.
"Əgər qlobal temperatur 3 dərəcə artarsa, planetdə təhlükəsiz yer olmayacaq. Biz kursu dərhal dəyişməsək, bu, baş verəcək. İqlim öhdəlikləri və birtərəfli qərarlardan geri çəkilmək üçün yer yoxdur", - o qeyd edib.
E.Oçoa vurğulayıb ki, Meksika bu gün iqlim böhranı ilə mübarizə üçün çoxtərəfli səylərə birmənalı dəstəyini bir daha təsdiqləyir.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur