Pekin Vaşinqtonun ABŞ-ın Tayvana silah satışı ilə bağlı noyabrın sonunda müdafiə nazirlərinin görüşünü təşkil etmək təklifini rədd edib.
“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Pentaqonun rəhbəri Lloyd Ostin daha əvvəl çinli həmkarı Dong Jun ilə Laosda ASEAN Plus müdafiə nazirlikləri rəhbərlərinin görüşü çərçivəsində danışıqlar aparmağı təklif edib. Lakin Pekin ABŞ-ın Tayvana son silah satışını əsas gətirərək bu təklifi qəbul etməyib.
CNN bildirir ki, Çin ABŞ-dan narazılığını nümayiş etdirmək üçün müntəzəm olaraq görüşləri ləğv edir və rabitə xətlərini kəsir.
Oktyabr ayında Dövlət Departamenti NASAMS hava hücumundan müdafiə sistemləri və radar stansiyalarının Tayvana təxminən 2 milyard dollara mümkün satışını təsdiqləyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”