San Marino millisi tarixinin ilklərinə imza atıb.
“İki sahil” xəbər verir ki, bu, komandanın Millətlər Liqasının 6-cı turunda səfərdə Lixtenşteynə qalib gəlməsi (2:1) ilə baş verib.
San Marino milli tarixində ilk dəfə səfərdə qələbə qazanıb. Bundan başqa, “cirtdanlar” həm də tarixdə ilk dəfə bir oyunda 3 qol vurub. Bunadək onların rekordu 2 qola bərabər idi. Milli komanda 2003-cü ildə Lixtenşteyn (2:2), 2012-ci ildə isə Maltaya (2:3) 2 qol vurub.
Qeyd edək ki, öz qrupunda 7 xalla birinci olan San Marino millisi C liqasına yüksəlib.