"Qarabağ"ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli məşhur məşqçi Fatih Terim Ağdam klubuna təşəkkürünü bildirib.
“İki sahil” xəbər verir ki, o, "İnstaqram" hesabında yazıb:
"Mehriban dəvətinə görə "Qarabağ" klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram".
Qeyd edək ki, Fatih Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində "Qarabağ"ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya gəlmişdi.