Videobloger Ceyk Pol bir neçə gün əvvəl məğlub etdiyi boksçu Mayk Taysona əlavə ödəniş edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Buna səbəb isə sözügedən görüşdən əvvəl 27 yaşlı Ceykin 58 yaşlı əfsanəvi boksçuya verdiyi vəddir.
Taysonun döyüşə 4 raunddan çox davam gətirməsi onun cibini əlavə olaraq 5 milyon dollarla dolduracaq. Ceykin bu vədinə əməl edib-etməyəcəyi maraq doğurur.
Xatırladaq ki, döyüş 2 dəqiqəlik 8 raund formatında baş tutub. Hakimlər qalibi xallara görə seçiblər. Nəticədə Ceyk Maykl Taysonu üstələmişdi. (80-72, 79-73, 79-73)
Qarşılaşma üçün Tayson 20 milyon, Pol isə 40 milyon dollar ödəniş alıb.