İqlim dəyişikliyi ilə mübarizədə əsaslı sərmayələrə ehtiyac var.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupunun (CGIAR) regional meneceri Akmal Akramkhanov COP29 çərçivəsində təşkil edilən "AgriFuture 2024”: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri mövzusunda panel müzakirələrində deyib.
O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşlıqlar, donorlar, hökumətlər, elmi-tədqiqat təşkilatları, universitetlər, hamıdan ehtiyac duyulan yardımı gətirmək üçün razılaşdırılmış və koordinasiyalı şəkildə birlikdə işləməlidirlər.
Onun sözlərinə görə, CGIAR müxtəlif ölkələrdə fəaliyyət göstərən 15 mərkəzi vasitəsilə bütün şəxsi təşkilatlara, qurumlara innovasiyalar və həllər gətirməyə hazırdır: “Biz hər kəslə tərəfdaş olmağa hazırıq".
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur