Afrikada müstəmləkəçilik edərək yerli xalqların əziyyət çəkməsinə və iqlim dəyişikliyinə səbəb olan ölkələr kompensasiya ödəməlidirlər.
“İki sahil” xəbər verir ki, bunu zambiyalı deputat Kristofer Kalila COP29 çərçivəsində keçirilən "Müstəmləkəsiz və yaşıl gələcək üçün həmrəylik" tədbirində deyib.
O qeyd edib ki, müstəmləkədən əziyyət çəkən xalqlar həmrəy olmalıdırlar:
"Biz demokratiyaya və qanunun aliliyinə inanırıq. Ona görə müstəmləkəsiz dünya üçün çağırış edirik. Bu çağırışlar xüsusən Afrikaya mədənçilik sahəsində sərmayə qoymağa gələn çoxmillətli korporasiyalara yönəlib. Biz onların qanunlara ciddi şəkildə əməl etmələrini, torpağın deqradasiyasına yol vermədən, çirkləndirmədən fəaliyyət göstərmələrini istəyirik. Bu şirkətlər və ölkələr harada ətrafı çirkləndirir, müstəmləkəçilik edirlərsə, həmin ərazilərdəki insanlara kompensasiya ödəməlidirlər".
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur