Milan yüksək həyat keyfiyyətinə görə İtaliyanın ən yaşamalı şəhərləri siyahısında birinci sırada qərarlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə Romanın Sapienza Universitetinin “ItaliaOggi” və “Ital Communications” şirkətləri birgə keçirdiyi illik sorğunun nəticələrində deyilir.
İtaliyanın ən yaşamalı şəhərləri siyahısında ilk beşlikdə müvafiq olaraq Milan, Bolzano, Monza və Brianza birgə, Bolonya və Trento yer alıb. Sorğuda iqtisadi inkişaf, ekoloji dayanıqlıq, yüksək səviyyəli təhlükəsizlik, əhalinin rifahı halı, gəlir səviyyəsi, xidmətlər, infrastruktur, şəhər mərkəzinin canlılığı əsas meyarlar kimi götürülüb. Siyahıda sonuncu pillədə Kaltanissetta şəhəri qərarlaşıb.
Bu, indiyədək keçirilən analoji 26-cı sorğudur.