18 noyabr 2024 02:47
95

“Hizbullah” Afifin ölümünü təsdiqləyib

“Hizbullah” Beyrutun mərkəzindəki Ras-ən-Nabaa bölgəsinə İsrail hava hücumu zamanı informasiya xidmətinin rəhbəri Məhəmməd Afifin öldüyünü təsdiqləyib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə “Hizbullah” rəsmi “Telegram” kanalında məlumat yayıb.

 “Əl-Cədid” telekanalı Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən xəbər verib ki, Afif Suriyayönümlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub və o, ən azı iki raket zərbəsinə məruz qalıb.

İsrailin hücumu nəticəsində Hizbullahın sözçüsü ölüb

Bildirilir ki, Afif 2014-cü ildə təşkilatının informasiya xidmətinə rəhbərlik edib. O, “Hizbullah”ın qurucu nəslindəndir və sentyabrın 27-də İsrailin hava hücumu zamanı öldürülən təşkilatın keçmiş lideri Həsən Nəsrullahın müttəfiqi olub. Afif “Hizbullah”ın ruporları olan “Əl Manar” telekanalı, “Nur” radiostansiyası və “Əl-Əhed News” xəbər portalının işinə nəzarət edirdi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”