18 noyabr 2024 01:24
77

Millətlər Liqasında yeni antirekord

Stanislav Çerçesovun rəhbərlik etdiyi Qazaxıstan millisi Millətlər Liqasında yeni antirekord müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, komanda yarışın 6-cı turunda Norveçə 0:5 hesabı ilə uduzub. Nəticədə Qazaxıstan yığmasının cari Millətlər Liqasında buraxdığı qolların sayı 15-ə çatdıb. Bu isə turnir tarixinin antirekordudur.

Belə ki, Qazaxıstan millisi cari mövsümdə keçirdiyi 6 oyunda heç bir qələbə qazana bilməyib. Komanda 1 dəfə heç-heçə edib, 5 dəfə isə məğlubiyyətlə üzləşib. Bütün görüşlərin nəticələrinə əsasən, Qazaxıstan komandası B divizionundan aşağı liqaya - C Liqasına düşüb.