UEFA Millətlər Liqasında V turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, B Liqasının IV qrupunda yer alan Türkiyə millisi doğma meydanda Uels seçməsini qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Matçın 89-cu dəqiqəsində Kərəm Aktürkoğlu penalti zərbəsini dəqiq yerinə yetirməyib.
Bu nəticədən sonra xallarını 11-ə çatdıran Türkiyə millisi turnir cədvəlinə başçılıq edir. Uels isə 9 xalla 2-ci pillədə qərarlaşıb.