Dünya iqlim maliyyələşməsinə böyük ümidlər bəsləyir.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Bakıda iqlim konfransı çərçivəsində keçirilən "Sədrliyin QHT nümayəndələri və tərəflərlə açıq dialoqu" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, yeni hədəfin razılaşdırılacağına dair gözləntilər var, həmçinin bütün maliyyə sisteminin iştirakçılarını cəlb etmək mümkündür: "Bütün icmalarda iqlim fəaliyyətini təmin etmək üçün bu yeni struktura ehtiyacımız var. Ancaq lazımi dəyişiklikləri həyata keçirmək və tərəqqiyə nail olmaq üçün inklüziv olmalıyıq. Əgər biz tələb olunan təsirə nail olmaq istəyiriksə, inklüzivlik diqqət mərkəzində olmalıdır".
S.Stil qeyd edib ki, dünya dönüş nöqtəsindədir və hər kəsin eyni istiqamətdə hərəkət etdiyinə, lazımi maliyyəni topladığına və iqlim fəaliyyətini sürətləndirdiyinə əmin olmaq lazımdır.
O, COP29 sədrliyinə bu cür vacib tədbirin təşkilinə görə təşəkkür edib. S.Stil bildirib ki, səsləri vəziyyətlə daha yaxından tanış olan QHT təmsilçiləri və fəallardan eşitməyə ehtiyac var.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur