Biz COP29-da istəyirik ki, ambisiyalarımızı ortaya qoyaq. Çalışaq ki, iqlimlə bağlı bütün tərəflərin səslərini eşidə bilək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
Muxtar Babayev bildirib ki, həm nəzarət, həm məsuliyyət qoymaqla və qanunvericiliyi təkmilləşdirməklə daha güclü iqlim tədbirlərini həyata keçirmək olar: “Parlamentlər milli büdcələri təsdiq edir, iqtisadi qərarların qəbulunda əhəmiyyətli rol oynayır. Bu iqlim dəyişmələrinə qarşı dayanıqlı dünyanın qurulmasında vacib məsələdir. Bütün xalqların təhlükəsizliyi və rifahı hər şeydən önəmlidir. Biz istərdik, COP-dan evə qayıdandan sonra siz ölkənizdə iqlim təhlükəsizliyi ilə bağlı siyasətin təşkilində öz rolunuzu verə biləsiniz”.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur