15 noyabr 2024 20:39
91

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Asad Xan ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan-İƏT əməkdaşlığı, eləcə də Azərbaycanın COP29 Sədrliyi dövründə əməkdaşlıq perspektivləri müzakirə edilib.