Meşəbərpa tədbirləri qeyri-iş günlərində də davam edib.
“İki sahil” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz, Qusar, Siyəzən, Masallı, Astara, Qəbələ, Qobustan, Ağsu, Tovuz, Gədəbəy, Daşkəsən, Ağcabədi, Göygöl, Goranboy, Hacıqabul, Bərdə, Ağdaş, Şəki və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ağacəkmə tədbirləri aparılıb və ümumilikdə 125 hektar sahədə 195 min ədəd müxtəlif növ ağac tingi əkilib, 4 tondan artıq toxum səpilib.
Məlumatda bildirilib ki, hazırda ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur