Sabah 760 MVt gücündə iki günəş elektrik stansiyasının maliyyələşdirilməsi ilə bağlı yekun qərar veriləcək.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, noyabrın 21-də isə 100 MVt gücündə günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri elan ediləcək: "Həmçinin bu gün Bakıda Təmiz Enerji Mərkəzinin də açılışı olacaq. Bütün bunlar Azərbaycanın enerji sahəsindəki əzmkarlığını və yaşıl gələcək naminə qlobal həmrəyliyə sadiqliyini nümayiş etdirir. COP29 təşəbbüsləri, yalnız ölkəmizin deyil, bütün dünyanın dayanıqlı enerji gələcəyinə töhfə verməyə yönəlmiş əhəmiyyətli addımlardır".
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur