Hindistanın paytaxtı Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər qeyri-müəyyən müddətə bağlanıb.
“İki sahil” xəbər verir ki, paytaxtın bütün ibtidai məktəblərində təhsil distant qaydada təşkil olunacaq.
Bildirilib ki, aşağı keyfiyyətli yanacaq, kənd təsərrüfatı ərazilərinin və tullantıların yandırılması, havaların soyuması Dehlinin havasında qatı tüstü yaradıb. 30 milyon insanın yaşadığı meqapolis qış mövsümündə ekologiyasına görə hər il ən aşağı reytinq əldə edir.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, pis hava hər il Dehlidə 12 minədək insanın ölümünə səbəb olur.
Tramp amerikalılara gömrük rüsumlarından 2 min dollar dividend ödəniləcəyini bildirib
BBC-nin baş direktoru Trampın çıxışının saxtalaşdırılması ilə bağlı xəbərlərdən sonra istefa verib
Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir