14 noyabr 2024 10:48
92

Aişa Humera: İnkişaf etməkdə olan ölkələr üçün ədalətli karbon qiymətləri əhəmiyyətlidir

İnkişaf etməkdə olan ölkələr üçün ədalətli karbon qiymətləri xüsusi əhəmiyyət kəsb edir.

“İki sahil” xəbər verir ki, bunu Pakistanın İqlim Dəyişiklikləri Nazirliyinin nümayəndəsi Aişa Humera (Aisha Humera) Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünyada karbon qiymətlərinin müəyyənləşdirilməsinə doğru - bunu necə ədalətli etmək olar?" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, karbon qiymətlərinin müəyyən edilməsi prosesində sosial ədalət prinsipləri nəzərə alınmalıdır: “Xüsusilə aşağı gəlirli ölkələrin maraqları qorunmalı və bu istiqamətdə beynəlxalq əməkdaşlıq gücləndirilməlidir”.