Braziliya Ali Məhkəməsi qarşısında baş verən iki partlayış nəticəsində ən azı bir nəfər ölüb.
“İki sahil” xəbər verir ki, yerli KİV-ə istinadən xəbər verir ki, Braziliyanın paytaxtı Brasilia şəhərində ölən şəxs partlayıcı qurğu ilə Federal Ali Məhkəmənin binasına girməyə cəhd edib.
Hadisə ilə bağlı Federal Dairə qubernatorunun müavini Selina Leao bildirib: “Vətəndaş Ali Məhkəməyə yaxınlaşıb, içəri girə bilməyib və bundan sonra qapıda partlayış olub”. Polis ölən şəxsin kimliyini təsdiqləməyib, çünki onun bədənində hələ də partlayıcı qurğular var.
“Metr poles” portalının məlumatına görə, hadisəni törədən şəxs sosial şəbəkələrdə hökuməti terror aktı ilə hədələyən Fransisko Vanderley olub.
KİV-in məlumatına görə, Vanderley 2020-ci ildə bələdiyyə seçkilərində lideri Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro olan Liberal Partiyasından namizəd kimi iştirak edib, lakin seçilməyib.
İki partlayışın baş verdiyi meydanın ətrafında Federal Ali Məhkəmə ilə Milli Konqresin binası və Prezidentin işçi iqamətgahı yerləşir.
Belə ki, Vanderleyə məxsus avtomobil əvvəlcə parlament binasının yaxınlığındakı dayanacaqda partlayıb, sonra isə o özünü Federal Ali Məhkəmənin binasının qarşısında partladıb. Qeyd olunub ki, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva partlayışlardan əvvəl iş iqamətgahını tərk edib. Hazırda meydanda partlayıcı texnikalar işləyir.