13 noyabr 2024 23:40
124

Cənubi Afrika Futbol Assosiasiyasının rəhbəri korrupsiyaya görə saxlanılıb

Cənubi Afrika Futbol Assosiasiyasının rəhbəri Denni Cordan korrupsiyada şübhəli bilinərək həbs edilib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Mənbənin məlumatına görə, 73 yaşlı Cordan maliyyə cinayətləri və 1,3 milyon rand (72 min dollar) məbləğində dələduzluqda ittiham olunub.

Xüsusi epizodlara onun öz təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik şirkəti, həmçinin federasiyanın direktorlar şurasından yan keçərək ictimaiyyətlə əlaqələr şirkəti ilə müqavilə bağlaması daxildir.

Noyabrın 13-də assosiasiyanın maliyyə direktoru və adıçəkilən ictimaiyyətlə əlaqələr şirkətinin rəhbəri də saxlanılıb. Qısa məhkəmə iclasından sonra hər üçü zaminə buraxılıb.