13 noyabr 2024 17:26
103

COP29 çərçivəsində aerokosmik sənayenin davamlılığına dair məruzə dinlənilib

Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) sosial fəal, aerokosmik tədqiqatçı Yusif Kərimli “Aerokosmik sənaye davamlıdırmı?” mövzusunda məruzə ilə çıxış edib.

“İki sahil” xəbər verir ki, Yusif Kərimli çıxışında əsas aerokosmik problemlərin həllindən danışıb. Məruzəçi həmin problemlərin həll yolları və xüsusilə müasir gənclərin aerokosmik və şəhər hava mobilliyinin dayanıqlı inkişafına kömək etmək üçün necə çalışa biləcəyindən bəhs edib.

Qeyd edək ki, Yusif Kərimlinin 16 yaşı var. LANDAU məktəbində 11-ci sinifdə oxuyur. ABŞ-da Aerokosmik Mühəndislik BS ixtisası üzrə təhsil almağı planlaşdırır.

İlk elmi tədqiqat məqaləsini dərc edərək, nanotexnologiya, süni intellekt və pilotsuz nəqliyyat vasitələrinin, kosmik gəmilərin və təyyarələrin davamlı inkişafını araşdırır.