ABŞ prezidenti Co Bayden və İsrail Prezidenti İsaak Hersoq ABŞ-ın paytaxtı Vaşinqtonda görüşüblər.
“İki sahil”in məlumatına görə, Ağ Evdəki görüşdən sonra çıxış edən Hersoq Baydenə İsrailə verdiyi dəstəyə görə təşəkkür edib.
Baydenin, “Sionist olmaq üçün yəhudi olmaq lazım deyil”, - sözlərinə cavab verən Hersoq, “Sən açıq-aşkar sionistsən, cənab prezident”, - deyib.
Hersoq Baydenə yəhudilərin “Məbəd dağı” adlandırdıqları Məscidül-Əqsanın ətəyində aparılan arxeoloji qazıntılar zamanı tapılan fiquru hədiyyə edib.
Bayden çıxışında Herzoqu Ağ Evdə yenidən qonaq etməkdən məmnun olduğunu bildirib və onu yaxın dost kimi xarakterizə edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”