11 noyabr 2024 23:55
131

ADB Bakıda IF-CAP innovativ maliyyə mexanizmini təqdim edəcək

Asiya İnkişaf Bankı (ADB) noyabrın 12-də Bakıda COP29 çərçivəsində özünün Asiya-Sakit Okean regionundakı flaqman innovativ iqlim maliyyələşdirmə mexanizmini (IF-CAP) təqdim edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat dərc edilib.

“Bu yüksək səviyyəli tədbir inkişaf etməkdə olan üzv ölkələri lazımi vəsaitlə təmin etmək üçün genişmiqyaslı iqlim maliyyəsi ayırmaq üzrə Asiya İnkişaf Bankının strateji təşəbbüsü olan IF-CAP mexanizminin başladılacağı andır”, - məlumatda qeyd edilib.

Bildirilib ki, IF-CAP-ın işə salınması ilə bağlı mərasimində ADB prezidenti Masatsuqu Asakava, IF-CAP-ın maliyyə tərəfdaşlarının rəsmiləri, inkişaf etməkdə olan üzv ölkələrin nümayəndələri və digər maraqlı tərəflər qatılacaq.

Qeyd edək ki, IF-CAP ADB-yə illik 100 milyard ABŞ dollarından çox iqlim maliyyəsi hədəfinə nail olmağa və 2030-cu ilə qədər ümumi ayrılan maliyyələşdirmənin 50 %-nə çatmağa imkan verəcək flaqman alətdir.