Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı paylaşımında “ədalətli və inklüziv keçid” üçün çağırış edib.
“İki sahil” xəbər verir ki, bu barədə belçikalı siyasətçi “X” sosial şəbəkəsində qeyd edib.
“Kollektiv mübarizəmiz ekzistensial önəm daşıyır. Kollektiv intihar yerinə sağ qalma instinktini seçməliyik. Eyni zamanda, ədalətli və inklüziv keçid üçün tədbir görməliyik”, – o yazıb.
Aİ-nin ali məmuru Avropa icmasının “bu çağırışı qəbul etməyə hazır” olduğunu vurğulayıb.
Xatırladaq ki, noyabrın 10-dan 11-nə keçən gecə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Günorta isə Aİ liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutub. Daha sonra Mişel sosial şəbəkədə Brüsselin “Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri əvvəlki kimi dəstəkləməyə hazır” olduğunu bildirib.
Our collective fight for the climate is existential.
— Charles Michel (@CharlesMichel) November 11, 2024
We must choose the survival instinct over collective suicide. And take action for a fair and inclusive transition.
The EU is up to the challenge. @UN @antonioguterres #COP29 pic.twitter.com/mHo7GuluO0