11 noyabr 2024 23:20
139

Danimarkanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

Danimarkanın Baş naziri Mette Frederiksen BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət nazirinin müavini və digər rəsmi şəxslər qarşılayıblar.