“İki sahil” xəbər verir ki, tədbirdə Bulvar MMC-nin direktoru Semur Məmmədov, direktor müavini, YAP fəalı Mahir Rüstəmov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının məsləhətçisi Vasif Səfiyarov, ərazi üzrə YAP fəalı Ceyhun Məmmədov və digər partiya üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bulvar MMC-nin direktor müavini Mahir Rüstəmov qeyd etdi ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan dövləti qazandığı uğurları sıralamaqdadır. Azərbaycanın dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin növbəti təntənəli uğurudur. Dünya dövlətləri tərəfindən COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə razılıq verilməsi ölkəmiz adına əlamətdar hadisədir. Eyni zamanda COP29 son zamanlarda Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrə tutarlı cavabdır.
Daha sonra çıxış edən YAP fəalı Ceyhun Məmmədov bildirdi ki, təqribən, 100 minə yaxın xarici qonaq müəyyən müddət ərzində ölkəmizdə olacaq və ölkəmizlə yaxından tanış olacaq. Tədbir ölkəmizin beynəlxalq imicini yüksəldəcək.
Daha sonra çıxış edənlər də COP29-un müasir dünyada ekoloji problemlərin həlli yolunda mühüm tədbir olacağını xüsusi qeyd etdilər.