02 noyabr 2024 11:02
180

Tokio Olimpiadasının mükafatçısı dopinq ittihamı ilə cəzalandırılıb

Tokio Olimpiadasının gümüş medalını qazanmış atlet Koki İkeda "qadağan olunmuş maddə/üsuldan istifadə" səbəbilə müvəqqəti olaraq yarışdan kənarlaşdırılıb.

 “İki sahil”in “Kyodo”ya istinadən verdiyi məlumatına görə, bu barədə yüngül atletika üzrə dopinq nəzarəti cümə günü məlumat yayıb.

26 yaşlı İkeda 2021-ci ildə Tokio Oyunlarında kişilər arasında 20 kilometr məsafəyə qaçış yarışında ikinci yeri tutub. O, 2022-ci il dünya çempionatında yenidən ikinci, bu yay Paris Olimpiadasında yeddinci yeri tutub.

“Associated Press” Monakoda yerləşən “Athletics Integrity Unit”ə (AIU) istinadən İkedanın "qan dopinqindən şübhələnməyə" görə müvəqqəti qadağa aldığını bildirdi.

Agentlik qeyd edib ki, İkeda bioloji pasportunda şübhəli oxunuşlara əsaslanan ittiham barədə məlumatlandırılıb.

Qeyd edək ki, AIU, idmanda dopinq və digər qanun pozuntularına qarşı mübarizə aparmaq vəzifəsi daşıyan Dünya Atletikasının müstəqil monitorinq bölməsidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”