Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" Portuqaliya kubokunda 1/4 final oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda "Santa Klara" ilə qarşılaşıb. "Benfika" 3:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
İlk qolu 72-ci dəqiqədə Anhel di Mariya vurub. Pavlidiş isə 76 və 80-ci dəqiqələrdə fərqlənməklə dubl edib.
Kerem Aktürkoğlu bu oyunda start heyətdə meydana çıxıb. O, 78-ci dəqiqədə əvəzlənib.
Orkun Kökçü isə 46-cı dəqiqədə meydana daxil olub və sonadək oynayıb.