21 oktyabr 2024 12:59
74

Sülh sazişinin yekunlaşdırılması istiqamətində Azərbaycan və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam- Bayden

Sülh sazişinin yekunlaşdırılması istiqamətində Azərbaycan və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam.

“İki sahil” xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

"Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır", - ABŞ Prezidenti vurğulayıb.