19 oktyabr 2024 14:04
297

Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib -  VİDEO

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda, birlik, birləşmə və əlahiddə bölmələrdən 6 komanda üzrə 59 nəfər iştirak edib.

Plana əsasən, komandalar müxtəlif məsafələrə qaçış, turnikdə dartınma, turnikdə aşaraq dayağa qalxma, eləcə də estafet yarışlarında güclərini sınayıblar.

Yarışa Quru Qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik ediblər.

Hərbi qulluqçuların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi məqsədilə keçirilən yarışın yekununda qaliblərə kubok və medallar təqdim edilib.