18 oktyabr 2024 21:51
82

Ehtiyatsızlıqdan "laqonda" ilə barmaqlarını kəsdi

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Əsgərov Gündüz Çingiz oğlu öz həyətində iş görərkən diskli kəsici alətlə (laqonda) sağ ayağının barmaqlarını kəsib.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.