18 oktyabr 2024 17:26
81

Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirilib - FOTO

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq 18 oktyabr 2024-cü il tarixində Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirilib.  

“İki sahil” xəbər verir ki,  aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, rayon könüllüləri olmaqla, ümumilikdə 350 nəfər iştirak etdi.

Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən ağacəkmə aksiyasında Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq kəndi, Pirsaat və Navahı qəsəbələri ərazilərindən keçən hissəsinin sağ və sol tərəflərində yolun kənarlarında oleyandr, lelandra, tuya, limon şamı olmaqla ümumilikdə 1000 ədəd ağac əkildi. Yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərilmişdir.