Oktyabrın 18-i saat 15:00-a olan faktiki hava açıqlanıb.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şuşa, Kəlbəcər, Füzuli, Xocalı, Xocavənd, Xankəndi, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır.
Yağan intensiv güclü yağıntılar nəticəsində Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
Dövlət Komitəsinin sədri Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə görüşüb