İsrail Beyrut da daxil olmaqla bütün Livan boyu “Hizbullah”a hücumu davam etdirəcək.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan ərazisindən hücuma məruz qalan ordunun bazasını ziyarət edərkən bildirib.
"Biz Beyrut da daxil olmaqla, Livanın bütün bölgələrində “Hizbullah”a amansızcasına zərbələr endirməyə davam edəcəyik", - o, deyib.
Baş nazirin sözlərinə görə, İsrail İranın “şər oxuna” qarşı çətin mübarizə aparır.
"Mübarizəni davam etdiririk, ağır itkilər olsa da, böyük uğurlar əldə etmişik", - Netanyahu qeyd edib.
Xatırladaq ki, oktyabrın 13-ü axşam saatlarında İsrail ordusu Qolani briqadasının əsgərlərinin təlim keçdiyi bazaya “Hizbullah” tərəfindən hücuma məruz qaldığını bildirmişdi. Ordu dörd əsgərin ölümünü rəsmən təsdiqləyib. Daha 7 əsgər ağır yaralanıb.
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb
SEPAH: Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib