Tayvan silahlı qüvvələri Çinin keçirdiyi hərbi təlimlərdən sonra adanın yaxınlığında Çin Xalq Azadlıq Ordusunun 17 gəmisini aşkar edib. Yüzdən çox təyyarənin yaxınlaşması da qeydə alınıb.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Tayvanın kəşfiyyat agentliyinin rəis müavini Xie Risheng bildirib.
Onun sözlərinə görə həmin vaxt havada döyüş təyyarələri, vertolyotlar və pilotsuz uçuş aparatları 125 uçuş həyata keçiriblər.