14 oktyabr 2024 15:06
266

Aİ Rusiya ilə əməkdaşlığa görə İrana qarşı sanksiyaları genişləndirdi

Avropa İttifaqı (Aİ) Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyaları təsdiqləyib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, siyahıya 7 fiziki şəxs və 7 təşkilat əlavə edilib.

Onların hamısı ballistik raketlərin Rusiyaya ötürülməsinə cavabdehdir. Moskva və Tehran İranın Ukraynada istifadə üçün Rusiyaya silah tədarükünü inkar edir.