"Real"ın yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda karyerasını bitirmək fikrində deyil.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xorvatiyalı futbolçu klub üçün əhəmiyyətini sübut etmək və 2025-ci ilin yayında başa çatacaq müqaviləni bir daha uzatmaq niyyətindədir.
O, 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər "Real"ın futbolçusu olaraq qalmaq istədiyi qeyd olunub.
Qeyd edək ki, Modriç 2012-ci ildən "kral klubu"nda oynayır. Bu mövsüm 39 yaşlı futbolçu bütün turnirlərdə 12 matçda iştirak edib və 2 qolun ötürməsini edib.