Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov istefaya göndərilib.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının sosial şəbəkə hesablarında məlumat yayılıb. Məlumatda ukraynalı mütəxəssisin vəzifəsindən qovulduğu bildirilib.
Ermənistan millisi ötən gün Millətlər Liqasınn 4-cü turunda evdə Şimali İrlandiyaya uduzub - 0:2. Komanda hazırda C liqasının 4-cü qrupunda 4 xalla 2-cidir.
Qeyd edək ki, Petrakov ötən ilin yanvarından bu vəzifəni yerinə yetirirdi.