14 oktyabr 2024 10:06
260

Almaniya millisi baş məşqçisi ilə müqavilənin müddətini uzatmaq istəyir

Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yulian Naqelsmannla müqavilənin müddətini uzatmaq istəyir.

“İki sahil” "Sport1"ə istinadən xəbər verir ki, bu barədə idman direktoru Rudi Föller açıqlama verib. "Biz Naqelsmannı inandırmağa çalışacağıq ki, o, daha bir neçə il komandada qalmalıdır", - deyə funksioner bildirib.

Qeyd edək ki, Yulian Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisində işləyir. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.