Azərbaycan komandası çox yaxşıdır.
“İki sahil” xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona Millətlər Liqasında baş tutacaq Azərbaycanla matçdan öncə keçirilən mətbuat konfransında bildirib. Mütəxəssis Azərbaycan millisinin təhlükəli olduğunu deyib: "Fiziki cəhətdən çox yaxşı oyunçulara sahibdir. Keçidlərdən lazımi şəkildə istifadə edirlər. Bu mövsüm Millətlər Liqasına yaxşı başlamadılar. Amma öz meydanlarında oynayarkən güclü olurlar. Keçən il İsveç yığmasına qalib gəlmişdilər. Çox təhlükəlidirlər. Ona görə də əlimizdən gələnin ən yaxşısını etməliyik ki, sabah Azərbaycandan qələbə ilə ayrılaq.
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.