13 oktyabr 2024 18:24
277

Murad Fətiyev "Böyük Dəbilqə"də bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə bürünc medal qazanıb.

“İki sahil” Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Peter Safraniyə qalib gəlib. Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.