"Matça ciddi hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik".
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Elvin Cəfərquliyev UEFA Millətlər Liqasının IV turunda Bakıda Slovakiya seçməsi ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, Estoniya ilə səfərdəki məğlubiyyəti unutdurmaq istədiklərini bildirib: "Son matçda fərdi səhvlər etdik. Müdafiədə də zəif idik. Qol vəziyyətlərimiz çox oldu. Təəssüf ki, bunu bacarmadıq və rəqib bundan istifadə etdi. Slovakiya ilə matçda xal qazanmaq niyyətindəyik".
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.